II Liqanın bombardiri mükafatlandırılıb

Xəbərlər
22 May 2025 19:33
39
II Liqanın bombardiri mükafatlandırılıb

Futbol üzrə Azərbaycan II Liqada 2024/2025 mövsümünün bombardiri mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, “Şəmkir” klubunun hücumçusu Vidadi Cəfərov 31 qolla ən sərrast futbolçu olub.

Ona mükafatı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər.

İdman.biz