Amit Quluzadə: “Gedib hakimin üzündən öpməliyəm?”

Xəbərlər
21 May 2025 13:15
126
Amit Quluzadə: “Gedib hakimin üzündən öpməliyəm?”

“Həqiqətən də, bizim haqqımız yeyilib”.

Bunu İdman.biz-ə “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə deyib.

Məşqçi AFFA-nın İntizam Komitəsinin onunla bağlı verdiyi qərara münasibət bildirib: “Bizim komandanın durumu hamıya bəllidir. Çox təəssüflər olsun ki, hakimliklə bağlı böyük problem vardı. Axırıncı 2:0 udduğumuz oyunu hakimlər ikinci hissədə elə etdilər ki, qələbə qazanmağımıza imkan vermədilər. Mən də oyundan təxminən yarım saat keçəndən sonra özlərini görmədən sadəcə, qapının ağzında dedim ki, bizim haqqımızı yediniz, Allah sizin bəlanızı versin. Yəni mən hakimi təhqir etməmişəm, söyməmişəm. Mənim komandam liqadan düşür, nə etməliyəm? Gedib hakimin üzündən öpməliyəm ki, çox sağ ol, bizə qələbə qazanmağa imkan vermədin. Hakimi təbrik etməliydim? Ədalətsiz idarəetmə ilə bağlı əlimdə kifayət qədər sübutlar var. Kim maraqlıdırsa, oturub baxaq. Əgər mən səhv deyirəmsə, bir də futboldan danışmayacam”.

Qeyd edək ki, Quluzadənin diskvalifikasiyasına I Liqanın XXVI turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonrakı davranışı səbəb olub. O, hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “Qaradağ Lökbatan” isə 400 manat cərimələnib.

Aytac Sahəd
İdman.biz