"Qarabağ"ın maraqlandığı hücumçu Litva yığmasına dəvət alıb

Xəbərlər
23 May 2025 00:14
40
"Qarabağ"ın maraqlandığı hücumçu Litva yığmasına dəvət alıb

Azərbaycan çempionu "Qarabağ"ın Litva yığmasının hücumçusu Manfredas Ruzgislə danışıqlar apardığı xəbərləri yayılıb.

İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu iyunun sonunda azad agent statusu alacaq.

Son mövsümü Albaniyanın səviyyəcə 2-ci liqasında yarışan "Vora"da keçirən Ruzgis Almaniyada doğulub. Forvard mövsümün yekunlarına görə komandasının Albaniya Superliqasına yüksəlməsində əsas rollardan birini oynayıb. Manfredas 30 oyunda 24 dəfə fərqlənərək, liqanın bombardiri olub.

Albaniya mətbuatı futbolçunun Azərbaycandan yaxşı təklif aldığını yazıb.

Qeyd edək ki, Ruzgis Litva yığmasını qarşıda keçirəcəyi oyunlara dəvət alıb. Onun çıxış etdiyi milli komanda iyunun 7-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Malta, 3 gün sonra isə yoldaşlıq görüşündə Danimarka ilə qarşılaşacaq. Hər iki matç səfərdə keçiriləcək.

İdman.biz