Serbiya və Gürcüstandan qələbə ilə start - YENİLƏNİB

Xəbərlər
22 May 2025 23:04
409
Serbiya və Gürcüstandan qələbə ilə start - YENİLƏNİB

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün I tura yekun vurulub.

Milli Gimnastika Arenasında 8 oyun keçirilib. Günə Qana – İspaniya matçı ilə start verilib. Görüş ikincilərin qələbəsi ilə yekunlaşıb. Monteneqro - Tailand qarşılaşması da başa çatıb. Matç 1:1 hesabı ilə bitib. Çexiya isə Argentinaya 2:1 hesabı ilə qalib gəlib.

Son mundialın vitse-çempionu Qazaxıstan isə Polşa ilə üz-üzə gəlib. Oyun gözlənilmədən şərqi avropalıların qələbəsi ilə başa çatıb.

ABŞ isə Bosniya və Herseqovinaya məğlub olub. Gürcüstan və Serbiyada dünya çempionatına 3 xalla start verib.

Dünya çempionatı
Qrup mərhələsi
I tur, 22 may

E qrupu
14:00. İndoneziya - Kosta Rika - 1:0
15:15. Monteneqro - Tailand - 1:1

F qrupu
18:15. Qazaxıstan - Polşa - 1:2
19:30. ABŞ - Bosniya və Herseqovina - 2:4

G qrupu
16:30. Çexiya - Argentina - 2:1
20:45. Gürcüstan - BƏƏ - 2:0

H qrupu
12:45. Qana - İspaniya - 0:3
22:00. Serbiya - İsrail - 3:0

Qeyd edək ki, ilk turun digər 8 matçı mayın 21-də keçirilib.

İdman.biz