AFFA Region Liqasının qalibləri müakafatlandırılıblar.
İdman.biz xəbər verir ki, “Xankəndi” qızıl, “Şirvan” gümüş, “Ağstafa Gəncləri” isə bürünc medalla təltif olunublar.
Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 20 qol vuran “Şirvan” OİK komandasının oyunçusu Cavid Nəcizadə bombardirə təqdim olunan mükafata yiyələnib. “Xankəndi” komandasından isə Sərxan Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.
Qeyd edək ki, “Xankəndi” finalda “Şirvan”a 3:0 hesabı ilə qalib gəlib. III yer uğrunda qarşılaşmada “Ağstafa Gəncləri” komandası “Göyəzən” kollektivini 5:2 hesabı ilə məğlub edib.
İdman.biz