“Xankəndi” Region Liqasının qalibi olub

Xəbərlər
22 May 2025 18:56
47
“Xankəndi” Region Liqasının qalibi olub

AFFA Region Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, turnirin final matçında “Şirvan” və “Xankəndi” qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan həlledici oyun Xankəndi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Bayram Əliyev, Hüseyn Axundov və Elariz Xəlilli vurublar.

Üçüncü yer uğrunda matçda "Ağstafa Gəncləri" "Göyəzən"i 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Region Liqasının qalibi növbəti mövsümdə Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.

İdman.biz