"Neftçi" baxışa futbolçu dəvət edib

Xəbərlər
22 May 2025 11:54
48
"Neftçi" baxışa futbolçu dəvət edib

"Neftçi" baxışa yeni futbolçu dəvət edib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu, Haitinin "Violette" komandasında çıxış edən Fabrice Jean Vedrinedir.

23 yaşlı yarımmüdafiəçi üç həftə "ağ-qaralar"ın təlim-məşq toplanışında olacaq.

Bakılılar haitili oyunçunu bəyənəcəyi təqdirdə onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Fabrice Jean Vedrine karyerasında yalnız "Violette"də oynayıb.

İdman.biz