“Zirə”nin tanışı Bakı yolunda

Xəbərlər
19 May 2025 15:18
43
“Zirə”nin tanışı Bakı yolunda

Azərbaycan klubunun da qatılacağı Avropa Liqasının I təsnifat mərhələsinin daha bir iştirakçısı bəlli olub.

İdman.biz xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində Moldovanı “Şerif” təmsil edəcək.

Tiraspol klubu püşkatmada səpələnmişlər sırasında yer alacaq. Bu isə o deməkdir ki, “Şerif” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq.

Ötən yay “Zirə”ni Avropa Liqasının I təsnifat mərhələsində penaltilər seriyasında üstələyən tiraspollular yenə Bakıya gələ bilər. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.

Ümumilikdə isə mərhələnin 16 iştirakçısından 8-i bəllidir. Onlardan beşi təmsilçimizin potensial rəqibləridir.

Avropa Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər
“Şaxtyor” (Ukrayna)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)

Səpələnməmişlər
“Paksi” (Macarıstan)
“Aktobe” (Qazaxıstan)
Azərbaycan klubu
Kosovo klubu

Qeyri-müəyyənlər
“Spartak” (Slovakiya)
Serbiya klubu
İsrail klubu
Kipr klubu
İsveç klubu
Xorvatiya klubu
Bolqarıstan klubu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz