Rahil Məmmədov Polşa klubundan ayrılıb

Xəbərlər
14 May 2025 09:26
78
Rahil Məmmədov Polşa klubundan ayrılıb

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.

İdman.biz xəbər verir ki, bunu Polşa mətbuatı açıqlayıb.

Buna müdafiəçi ilə baş məşqçi Joao Enrikeş arasında münasibətlərin korlanması səbəb olub. Rahil martda Azərbaycan millisinin düşərgəsinə gəldiyi vaxt ailəsi ilə səfərə çıxdığı üçün kluba gec qayıdıb. Bu, baş məşqçinin qəzəbinə səbəb olub. Bir müddət zədədən də əziyyət çəkən müdafiəçi “Radomyak” forması ilə son matçını fevralda keçirib.

Qeyd edək ki, Rahil “Radomyak”da 12 çempionat və 2 kubok matçına çıxıb.

İdman.biz