Xabi Alonsonun "Real"la bağlayacağı müqavilənin müddəti bəlli olub - VİDEO

Xəbərlər
9 May 2025 12:14
60
Xabi Alonsonun "Real"la bağlayacağı müqavilənin müddəti bəlli olub - VİDEO

Madrid "Real"ı yeni baş məşqçisi olacaq Xabi Alonso ilə müqavilə ilə bağlı razılaşıb.

İdman.biz xəbər verir ki, nüfuzlu “Marca” nəşri Kral klubunun 43 yaşlı mütəxəssislə 3 il müddətinə müqavilə bağlayacağı barədə məlumat yayıb.

Hazırda Leverkuzen "Bayer"ini çalışdıran Xabi Alonso 2018-ci ildən birlikdə işlədiyi köməkçisi, fiziki hazırlıq üzrə məşqçi Sebas Parrillanı da Madridə gətirəcək. “Real”in indiki baş məşqçisi Karlo Ançelotti isə mayın 25-də - mövsümün son oyunundan sonra klubla vidalaşacaq.

Qeyd edək ki, Xabi Alonso futbolçu kimi 2009-2014-cü illərdə "Real"da çıxış edib.

İdman.biz

Məqalədə: