Yeddinci final, 10 illik həsrət - VİDEO

Xəbərlər
7 May 2025 09:13
74
Yeddinci final, 10 illik həsrət - VİDEO

“İnter” tarixində 7-ci dəfə Çempionlar Liqasının (əvvəlki Çempionlar kuboku) finalına yüksəlib.

İdman.biz xəbər verir ki, yarımfinalda “Barselona”nı (3:3, 4:3) məğlub edən İtaliya klubu bunadək 6 dəfə finalın iştirakçısı olub.

Milan təmsilçisi 1964-cü, 1965-ci və 2010-cu illərdə kuboku başı üzərinə qaldırıb. 1967-ci, 1972-ci və 2023-cü illərdə isə “İnter” həlledici qarşılaşmada məğlub olub.

“Barselona” isə ardıcıl 10-cu dəfə finaldan kənar qalıb. İspaniya klubu 2014/15 mövsümündən sonra həlledici matçda iştirak etməyib.

Qeyd edək ki, digər finalçı PSJ – “Arsenal” matçında müəyyənləşəcək.

İdman.biz