"Yuventus"u məğlub edən "Real" 1/4 finalda - VİDEO

Xəbərlər
2 İyul 2025 01:04
47
"Yuventus"u məğlub edən "Real" 1/4 finalda - VİDEO

Klublarası dünya çempionatında 1/8 finalın son oyun gününə start verilib.

İdman.biz xəbər verir ki, ilk matçda "Real" "Yuventus"la qarşılaşıb.

Cütün taleyini bir qol həll edib. İkinci hissənin əvvəlində "Real" qələbə topunu vurub. Qonzalo Qarsiya 54-cü dəqiqədə fərqlənib.

Madridlilər 1/4 finalda "Borussiya" D - "Monterrey" cütünün qalibi ilə üz-üzə gələcəklər.

Dünya çempionatı
1/8 final

1 iyul
23:00. "Real" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0
Qol:
Qonzalo Qarsiya, 54

İdman.biz