"Atletiko" mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib.
İdman.biz xəbər verir ki, Madrid klubu "Atalanta"dan Matteo Ruccerini heyətinə qatıb.
İtaliya yığmasının 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer "Atletiko"ya 17 milyon və 3 milyon bonusa başa gəlib.
Qeyd edək ki, Rucceri "Atalanta"nın yetirməsidir. O, klubun əsas komandasında 109 matçda iki qol və on ötürmə ilə yaddaqalıb.
İdman.biz