Azərbaycanlı iş adamı Tufan Sadıqovun səhmlərinin 50%-ni aldığı "Serik Belediyespor"un yeni baş məşqçisinin adı açıqlanıb.
İdman.biz xəbər verir ki, Türkiyə 1-ci Liqasına yüksələn komandaya rusiyalı mütəxəssis Sergey Yuran rəhbərlik edəcək.
Antalya təmsilçisi 56 yaşlı məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Komanda bu gün Yuranın rəhbərliyi ilə ilk məşqinə çıxıb.
Qeyd edək ki, Yuran 2011-2012-ci illərdə Zaqatalanın "Simurq" komandasını çalışdırıb.
İdman.biz