Bəxtiyar Həsənəlizadənin komandası geridönüş edib

Xəbərlər
11 Noyabr 2023 17:18
239
Bəxtiyar Həsənəlizadənin komandası geridönüş edib

Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçını keçirib.

İdman.biz xəbər verir ki, komanda Türkiyə 1-ci liqasının XII turunda “Giresunspor”u sınağa çəkib.

“Tuzlaspor” hesabda geri düşsə də, sonradan 3 qol vuraraq qələbə qazanıb. Həsənəlizadə 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Tuzlaspor” 12 turdan sonra 11 xalla 15-cidir.

Emin Ağa

İdman.biz