“Bavariya” 34-cü dəfə futbol üzrə Almaniya çempionluğunu qazanıb.
İdman.biz xəbər verir ki, Bundesliqanın 32-ci turunda "Leypsiq"lə heç-heçə oynayan (3:3) Münhen klubunun əsas rəqibi "Bayer" də səfərdə "Frayburq"a qalib gələ bilməyib (2:2).
Nəticədə "Bavariya" vaxtından əvvəl Bundesliqa birinci yeri təmin edib. “Bayer” qalan iki oyunda liderlə 8 xallıq fərqi aradan qaldıra bilməyəcək.
Qeyd edək ki, 34 titul Bundesliqa rekordudur. "Nürnberq"in 9, "Borussiya Dortmund"un 8 çempionluğu var.
Münhen təmsilçisi son 13 ildə 12-ci dəfə Almaniya çempionu olub. Yalnız ötən mövsüm “Bavariya” “Bayer” və “Ştutqart”dan geri qalaraq üçüncü yeri tutub.
Komandanın 31 yaşlı ingiltərə hücumçusu Harri Keyn də tilsimi qıraraq karyerasında ilk titulu qazanıb.
İdman.biz