Tural Cəlilov: "Komanda şəkilində bir dəfə də olsun məşq etməmişik"

Xəbərlər
1 May 2025 17:26
266
Tural Cəlilov: "Komanda şəkilində bir dəfə də olsun məşq etməmişik"

"Mövsüm bizim üçün uğurlu oldu. Region Liqasında çempion olduğumuz heyətə 3 futbolçu qatmışdıq".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Şimal"ın oynayan məşqçisi Tural Cəlilov deyib.

Təcrübəli futbolçu komandasının ötən gün II liqanın XXIII turu çərçivəsində səfərdə "Lerik"i 4:2 hesabla məğlub edərək Birinci Liqaya vəsiqə qazanması barədə fikirlərini bölüşüb:

"Döyüşgən kollektivimiz var. Mövsümün əvvəlində ilk "3-lük"də olmağımız çətin görünürdü. Məqsədimiz turnir cədvəlinin orta pillələrində qərarlaşmaq idi. Sona 3 tur qalmış Birinci Liqaya vəsiqəni təmin etdik. Kollektivi təbrik edirəm. Komanda şəkilində bir dəfə də olsun məşq etməmişik. Buna baxmayaraq, nəticə qazanmaq möhtəşəmdir. Bilirik ki, Birinci Liqaya tam peşəkar şəkildə qatılmalıyıq. Stadionumuzla bağlı problemlər olsa da, işlər gedir. Ümid edirik yaxın gələcəkdə məsələ həllini tapar".

Qeyd edək ki, bundan əvvəl "Şahdağ Qusar"la "Şəfa"nın I liqada iştirak edəcəyi məlum idi.

İdman.biz

Məqalədə: