Brahim Konate: "Şamaxı"dan təklif almışam, lakin gələcəyimi düşünürəm"

Xəbərlər
30 Aprel 2025 10:22
164
Brahim Konate: "Şamaxı"dan təklif almışam, lakin gələcəyimi düşünürəm"

"Şamaxı" klubu futbolçusu Brahim Konateyə yeni müqavilə təklif edib.

İdman.biz xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə Sport24.az-a açıqlamasında bildirib.

Fransalı oyunçu bölgə təmsilçisinin onunla sözləşmənin müddətini uzatmaq istədiyini söyləyib: "Bəli. Müqaviləni uzatmaq təklifi aldım. Amma agentimə dediyim kimi gələcəyimi düşünürəm. Çempionatda dörd oyunumuz qalıb. Hazırda bütün diqqətimi bu matçlara yönəltmişəm".

Qeyd edək ki, Brahim Konate 2024-cü ilin yayında "Şamaxı"ya keçib. O, cari mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 28 qarşılaşmada 8 qol, Azərbaycan Kubokunda 1 qola imza atıb.

İdman.biz