Millimizdən ardıcıl iki qələbə - YENİLƏNİB

Xəbərlər
25 Aprel 2025 00:45
711
Millimizdən ardıcıl iki qələbə - YENİLƏNİB

Minifutbol üzrə Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, Monteneqroda təşkil olunan turnirdə komandamızın rəqibi Bosniya və Herseqovina olub.

Görüş millimizin üstünlüyü ilə keçib və futbolçularımız 7:2 hesabı ilə qalib gəliblər. Yığmamız eyni gündə daha bir oyun keçirib. Tükiyə ilə qarşılaşan komandamız 1:0 hesabı ilə üstün olub.

Bu nəticədən sonra yığmamız qrupda vahid liderliyə yüksəlib.

Qeyd edək ki, komandamız bu gün meydan sahibləri ilə qarşılaşacaq. Matç 21:30-da start götürəcək.

Millətlər Liqası
Qrup mərhələsi

17:45. Bosniya və Herseqovina - Azərbaycan - 2:7
22:30. Azərbaycan - Türkiyə - 1:0

O

Q

H

M

T

X

1

Azərbaycan

2

2

0

0

8-2

6

2

Türkiyə

2

1

0

1

2-1

3

3

Bosniya və Herseqovina

1

0

0

1

2-7

0

4

Monteneqro

0

0

0

0

0-0

0

5

Qazaxıstan

1

0

0

1

0-2

0

İdman.biz