Çempionlar Liqasında finalçılar nə vaxt müəyyənləşəcək?

Xəbərlər
17 Aprel 2025 15:35
299
Çempionlar Liqasında finalçılar nə vaxt müəyyənləşəcək?

Çempionlar Liqasında yarımfinal mərhələsinin oyun cədvəlləri açıqlanıb.

İdman.biz xəbər verir ki, mərhələ Londonda başlayacaq.

“Arsenal” aprelin 29-da PSJ-ni qəbul edəcək. Ertəsi gün “Barselona” “İnter”lə üz-üzə gələcək.

İlk finalçı sonuncuların İtaliyadakı duelində bəlli olacaq. Bu matç mayın 6-da, PSJ – “Arsenal” görüşü isə ertəsi gün keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal

İlk oyunlar
29 aprel
23:00. “Arsenal” – PSJ
30 aprel
23:00. “Barselona” – “İnter”

Cavab oyunları
6 may
23:00. “İnter” – “Barselona”
7 may
23:00. PSJ – “Arsenal”

İdman.biz