"Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb

Xəbərlər
10 Aprel 2025 17:20
97
"Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, MOİK klubunun futbolçusuna mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

İdman.biz