Çingiz İsmayılov vəfat edib

Xəbərlər
23 Mart 2025 21:44
163
Çingiz İsmayılov vəfat edib

AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Çingiz İsmayılov aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.

O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Çingiz İsmayılov 1956-1961-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonra "Neft daşları", həmçinin Bakının və Gəncənin "Dinamo" komandalarında oynayıb. Futbolçu karyerasını bitirəndən sonra televiziyada futbol şərhçisi kimi çalışıb, sonra "Neftçi"nin rəisi (1987-1993), AFFA-nın baş katibi (1994-2003) olub. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif edilib.

İdman.biz