İspaniya millisi rekord vurdu - məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:18
83
İspaniya millisi rekord vurdu - məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

İspaniya millisi UEFA Millətlər Liqasının birinci turunda İngiltərəni 3:2 hesabı ilə məğlub edərək məğlubiyyətsiz oyunlar seriyasını daha da uzadıb.

İdman.Biz xəbər verir ki, Luis de la Fuentenin komandası ardıcıl 39-cu matçında məğlubiyyətə uğramayıb. İspaniya sonuncu dəfə 2024-cü ilin martında Kolumbiyaya 0:1 hesabı ilə uduzub.

Rəsmi matçlara gəldikdə isə İspaniyanın məğlubolunmazlıq seriyası daha da əvvələ dayanır - komanda rəsmi görüşlərdə ardıcıl 40 matçdır uduzmur.

Milli komandanın rəsmi matçlarda son məğlubiyyəti 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsində Şotlandiyaya qarşı qeydə alınıb. Həmin görüşdə İspaniya 0:2 hesabı ilə uduzub.

İdman.Biz