Belarus millisinin yarımmüdafiəçisi: "Azərbaycan Tacikistandan daha güclü rəqibdir"

Xəbərlər
23 Mart 2025 22:22
73
Belarus millisinin yarımmüdafiəçisi: "Azərbaycan Tacikistandan daha güclü rəqibdir"

"Azərbaycanı Tacikistandan daha güclü rəqib hesab edirəm".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu Belarus millisinin yarımmüdafiəçisi Valeri Boçerov Azərbaycan yığması ilə Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib.

Belarus mətbuatına açıqlama verən Boçerov Düşənbədə Tacikistana 5:0 hesabı ilə qalib gəlməsi barədə danışarkən yığmamızı hələ analiz etmədiklərini dilə gətirib: "Bu gün rəqibi analiz edəcəyik. Tacikistanla ilk hissə bizim üçün yaxşı alınmadı. Çox pressinq etdik, amma qol vura bilmədik. Sonda bir az çatışmayan nələrsə var idi. Matçın ilk 45 dəqiqəsi çox isti havada keçirildi. İkinci hissədə isə günəş bir az batdı. Belədə, oynamaq daha asan oldu və biz şanslarımızı reallaşdıra bildik. Azərbaycanla görüşün daha çətin olacağını gözləmək olar".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

İdman.biz