Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Dünyanın ən yaxşı bombardiri kimdir? - İdman və Biz

Dünyanın ən yaxşı bombardiri kimdir?

Xəbərlər
3 Mart 2025 13:13
282
Dünyanın ən yaxşı bombardiri kimdir?

2025-ci ilin ilk iki ayının ən yaxşı bombardirləri bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS klub və millidə ümumilikdə ən çox qol vuranları müəyyənləşdirib.

PSJ-nin futbolçusu Usman Dembele hamını qabaqlayıb. Avrokuboklarda 6, Liqa1-də 9, Fransa kubokunda 2 dəfə fərqlənən bombardirin hesabında 17 top var.

“Fənərbaxça”nın mərakeşli qol silahı Yussef En-Nesiri ikinci sıradadır. O, 16 dəfə fərqlənib.

İlk “üçlüy”ü “Əl Hilal”ın braziliyalısı Markos Leonardo qapayır. O, 15 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, siyahıda 8 və ya daha çox qol vuran 49 futbolçu yer alıb.

İdman.biz

Məqalədə: