Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Radomyak”a keçidi rəsmiləşib.
İdman.biz xəbər verir ki, bunu Polşa klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı hücumçu ilə 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. O, millimizin digər oyunçusu Rahil Məmmədovla komanda yoldaşı olub.
Qeyd edək ki, Renat bir müddət əvvəl Türkiyə təmsilçisi "Ankaragücü"dən ayrılıb.
İdman.biz