Kamal Bayramovla Tural Axundov UEFA C kursunda - FOTO

Xəbərlər
13 Fevral 2025 14:56
143
Kamal Bayramovla Tural Axundov UEFA C kursunda - FOTO

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir.

İdman.biz xəbər verir ki, fevralın 14-dək davam edəcək məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.

Kursun üçüncü modulu fevralın 25-dən 28-dək, dördüncü mərhələsi isə martın 10-dan 15-dək olacaq.

Qeyd edək ki, kursa qatılanlar arasında “Şamaxı”nın qapıçısı Kamal Bayramov, “Muğan”, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Sumqayıt”, “Keşlə” və “Neftçi”nin sabiq müdafiəçisi Tural Axundov da var.

İdman.biz