Fərid Qayıbov “Qarabağ”ın “Bayer”lə Almaniyadakı oyununu canlı izləyir

Xəbərlər
26 Oktyabr 2023 23:02
266
Fərid Qayıbov “Qarabağ”ın “Bayer”lə Almaniyadakı oyununu canlı izləyir

Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın Avropa Liqasının III turu çərçivəsində “Bayer”lə Almaniyadakı oyununu canlı izləyir.

İdman.biz xəbər verir ki, nazir qarşılaşmanın keçiriləcəyi Leverkuzendəki "BayArena"dan paylaşım da edib.

Qayıbov feysbuk səhifəsindən “Haydı “Qarabağ” paylaşıb.

Nazir müavini Mariana Vasileva və idman şöbəsinin müdiri Elnur Məmmədov da Azərbaycan çempionunun Bundesliqanın lideri ilə oyununu "BayArena"dan izləyirlər.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

İdman.biz