Əliyar Ağayev “Frayburq”un oyununda baş hakim olacaq

Xəbərlər
24 Oktyabr 2023 09:42
111
Əliyar Ağayev “Frayburq”un oyununda baş hakim olacaq

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində TSC Arenada keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

İdman.biz xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

Qeyd edək ki, matç oktyabrın 26-da təşkil olunacaq.

İdman.biz