İsveç millisinin və “Sportinq”in futbolçusu Viktor Qyokereş “Mançester Yunayted"in hədəfindədir.
İdman.biz xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim Lissabon təmsilçisindən yaxşı tanıdığı hücumçunu sərəncamında görmək istəyir.
Mançesterlilər danışıqlara başlamağa hazırlaşırlar. Klub rəhbərliyi "Sportinq"ə 96 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, Qyokereş 2024-cü ildə Portuqaliya çempionatında 36 qola imza atıb.
İdman.biz