Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında beşinci turun oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, iki gün davam edəcək turun ilk günündə üç qarşılaşma baş tutacaq.
Turnir cədvəlinin lideri “Şahdağ Qusar” səfərdə “Xankəndi” ilə üz-üzə gələcək. Görüş Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
İlk üçlükdə qərarlaşan “Səbail” isə “Zaqatala”nın qonağı olacaq. Günün digər qarşılaşmasında “Mingəçevir” doğma meydanda “Şimal”ı qəbul edəcək.
Qeyd edək ki, “Şahdağ Qusar” keçirdiyi dörd oyunun hamısında qalib gələrək maksimum xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” isə səkkiz xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Birinci Liqası, Beşinci tur
15:00 “Zaqatala” - “Səbail”
15:00 “Xankəndi” - “Şahdağ Qusar”
15:00 “Mingəçevir” - “Şimal”
