Oktyabrın 14-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Roma” ilə “Real Madrib” qarşılaşıb. Görüş Madrid təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, “Real Madrid”ın baş məşqçisi Joze Mourinyo üçün bu, Çempionlar Liqasında 86-cı qələbə olub.
Beləliklə, portuqaliyalı mütəxəssis qələbələrin sayına görə fransalı Arsen Vengerə çatıb.
Bu göstəricidə Mourinyodan və Vengerdən öndə yalnız üç məşqçi var. İtaliyalı Karlo Ançelotti 124, ispaniyalı Xosep Qvardiola 117, şotlandiyalı Aleks Ferqyuson isə 102 qələbə qazanıb.
