“Şamaxı”da yeni müqavilə

29 Dekabr 2024 12:57
476
“Şamaxı”da yeni müqavilə

“Şamaxı” futbolçusu Edqar Adilxanovla müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2,5 ildir. O, 2027-ci ilin yayına qədər “Şamaxı”da forma geyinəcək.

Qeyd edək ki, Adilxanov cari mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 2 qolla yadda qalıb.

İdman.biz