Azərbaycanla oyuna görə komandasına qiymət verib

Xəbərlər
30 Noyabr 2024 10:26
97
Azərbaycanla oyuna görə komandasına qiymət verib

"Komandama "dörd çıx" qiymətini verərdim".

İdman.biz xəbər verir ki, bunu Rusiyanın qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Yuri Krasnojan Azərbaycan millisinə qalib gəldikləri (1:0) yoldaşlıq görüşündən danışarkən deyib.

O, Rusiya Futbol İttifaqının rəsmi saytına qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Oyun üçün komandaya hansı qiyməti verə bilərəm? Qələbə artıq "üç üstəgəl" deməkdir. Oyunda yaxşı epizodlarımızın olması "yağlı dörd"dür. Mənfi cəhətlərin olması isə "dörd çıx" deməkdir və bu qiyməti də verərəm”.

Qeyd edək ki, Azərbaycan və Rusiya qadın komandalarının ikinci yoldaşlıq görüşü dekabrın 2-də Soçi FK-nın təlim-məşq bazasında keçiriləcək.

İdman.biz

Məqalədə: