AFFA prezidenti Rövşən Nəcəfin baş katib postuna əsas namizədi bilinib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, assosiasiya rəhbəri "Sabah"ın idman direktoru Ramin Həsənovu bu vəzifəyə gətirmək istəyir.
Artıq tərəflər arasında iki belə görüş keçirilib. Qurumun vitse-prezidenti Balakişi Qasımov tərəfindən dəstəklənən Həsənova uzunmüddətli müqavilə təklif olunub.
O, 4 ildən artıqdır “Sabah”da çalışır, idman direktoru vəzifəsini yerinə yetirir. Həsənov, həmçinin AFFA-da müxtəlif işlər görüb, “Mançester Yunayted” Yay Futbol Məktəbində də fəaliyyət göstərib. Ardınca “Səbail”də çalışıb.
Bildirilir ki, Sərxan Hacıyev yaxın vaxtlarda AFFA-nın baş katibi postunu tərk edəcək. Rövşən Nəcəf onu bu vəzifədən kənarlaşdırmaq fikrini qətiləşdirib. AFFA prezidenti Hacıyevi əvəzləməyə namizədlərin siyahısı ilə artıq tanış olub.
Siyahı o qədər geniş deyil, cəmi 3-4 nəfərdən ibarətdir.
İdman.biz