Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Lissabon klubunu Joao Pereyra çalışdıracaq.
O, “Mançester Yunayted”in “sükanı arxası”na keçən Ruben Amorimi əvəzləyib. “Braqa” ilə dünən keçirilən qarşılaşma sabiq baş məşqçi üçün sonuncu olub.
Qeyd edək ki, 40 yaşlı Pereyra bunadək “Sportinq”in ikinci komandasını çalışdırırdı. Sabiq sağ cinah müdafiəçisi futbolçu karyerasını 2021-ci ildə bitirdikdən sonra məşqçilik fəaliyyətinə start verib.
Vuqar
İdman.biz