Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədov Polşa çempionatında növbətini oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi Radomyak" 14-cü turda "Pyast"la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Rahilin komandası hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Start heyətində yer alan Məmmədov oyunu əvəzolunmadan başa vurub.
Qeyd edək ki, "Radomyak" mövsümdə ilk dəfə heç-heçə oynayıb. Komanda 13 oyundan sonra 13 xalla 13-cü pillədə yer alıb.
İdman.biz