AVRO-2024: Türkiyə Xorvatiyanı, İspaniya Şotlandiyanı sınağa çəkəcək

Xəbərlər
12 Oktyabr 2023 10:40
113
AVRO-2024: Türkiyə Xorvatiyanı, İspaniya Şotlandiyanı sınağa çəkəcək

Bu gün AVRO- 2024-ün seçmə mərhələsi çərçivəsində VII tura start veriləcək.

İdman.biz xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq.

Mərkəzi oyun Osiyekdə gerçəkləşəcək. Xorvatiya Türkiyə ilə üz-üzə gələcək. Qardaş ölkə təmsilçisi qalib gələcəyi halda, vahid liderə çevriləcək.

Günün digər maraqlı qarşılaşmasında isə İspaniya lider Şotlandiyanı sınağa çəkəcək.

AVRO-2024
Qrup mərhələsi
12 oktyabr
VII tur
A qrupu

22:45. Cənubi Kipr - Norveç
22:45. İspaniya - Şotlandiya
Xal durumu: Şotlandiya – 15, İspaniya – 9, Norveç – 7, Gürcüstan – 4, Cənubi Kipr – 0.

D qrupu
20:00. Latviya – Ermənistan
22:45. Xorvatiya – Türkiyə
Xal durumu: Xorvatiya – 10, Türkiyə - 10, Ermənistan – 7, Uels – 7, Latviya - 0.

E qrupu
22:45. Albaniya – Çexiya
22:45. Farer Adaları - Polşa
Xal durumu: Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa – 6, Farer Adaları - 1.

I qrupu
22:45. Andorra – Kosovo
22:45. Belarus - Rumıniya
Xal durumu: İsveçrə - 14, Rumıniya -12, İsrail – 11, Belarus – 4, Kosovo – 4, Andorra - 2.

İdman.biz