“Qəbələ”nin 6 futbolçusu məşqə qatılmayıb

Xəbərlər
11 Oktyabr 2023 18:15
81
“Qəbələ”nin 6 futbolçusu məşqə qatılmayıb

Azərbaycan Premyer Liqasının IX turunun oktyabrın 7-də keçirilən “Səbail”lə oyunundan (0:1) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” məşqləri bərpa edib.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib.

Məşq prosesində komandanın altı üzvü iştirak etməyib. Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsində olduğundan, Asif Məmmədovla Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıb. Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən Kristof Atanqananın əməliyyat günü hələ dəqiqləşməyib. Oktyabrın 13-də ailə həyatı quracaq Əyyub Allaş isə vətənində olduğundan hazırlığa qatılmır.

Qeyd edək ki, “Qəbələ” X tur çərçivəsində keçiriləcək növbəti oyununu oktyabrın 22-də Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

İdman.biz