Estoniyanın müdafiəçisi: “Azərbaycanla oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq”

Xəbərlər
10 Oktyabr 2023 12:31
107
Estoniyanın müdafiəçisi: “Azərbaycanla oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq”

"Məğlubiyyətin konkret səbəb yox idi, çünki biz bu səbəbi bilsəydik, nəticə başqa olardı. Əsas o idi ki, ilk qolu onlar vurdular və hər şeyin yoluna düşdüyü o anı yaşadıblar, bizdə isə bu əksinə oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın AVRO-2024-ün seçmə mərhələsində rəqibi Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi yerli mətbuata açıqlamasında deyib.

O, sentyabrda keçirilən oyunlarda Belçikaya səfərdə, İsveçə evdə 0:5 hesablı məğlubiyyəti şərh edib. Müdafiəçi bildirib ki, yığmamızla oyunda təşəbbüsü tez ələ ala bilsələr, inamlı təsir bağışlayacaqlar: “Yaxud heç olmasa bu enerji yükünü əldə etsək, başlanğıcda hər şey başqa cür gedə bilər. Ən əsası səhvlərimizi dərk etməliyik. Hər kəs nəyi düzəltmək olar, nə üzərində işləmək lazım olduğunu düşünür və biz bu düşərgədə hər şeyi düzəltməyə, azarkeşləri sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Estoniya Azərbaycan matçı oktyabrın 13-də “Le Coq” arenada keçiriləcək. Millilər arasında Bakıda keçirilən ilk oyun 1:1 hesablı bərabərlik ilə başa çatıb.

Emin Ağa

İdman.biz