“Barselona" keçmiş futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Albaya pul ödəməyə davam edir.
İdman.biz İspaniya mətbuatına istinadən xəbər verir ki, hər 3 oyunçunun klubdan getməsinə baxmayaraq, kataloniyalıların hələ də onlara maaş borcu var.
Söhbət koronavirus pandemiyası zamanı təxirə salınmış ödənişlərdən gedir. Bu mövsüm ispaniyalılar hazırda "İnter Mayami"də çıxış edən Messi, Buskets və Albaya olan borcunu tam ödəyəcək.
Borcların ümumi məbləği 2020/21 maliyyə ili üçün hesablara daxil edilib və "Barselona" 481 milyon avro itki ilə üzləşib.
Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılıb. Buskets və Alba 2022/23 mövsümünün sonunda ayrılıb.
İdman.biz