Holand “Mançester Siti”nin bombardirlər siyahısında üçüncü yerə yüksəldi

9 Sentyabr 2026 20:09
84
Holand “Mançester Siti”nin bombardirlər siyahısında üçüncü yerə yüksəldi

“Mançester Siti”nin hücumçusu Erlinq Holand klub tarixinin ən məhsuldar futbolçuları siyahısında üçüncü pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, norveçli forvard UEFA Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Portu” ilə matçda (2:0) dubl edib. Bununla da onun “Mançester Siti”də vurduğu qolların sayı 167-yə çatıb.

Holand bu göstərici ilə klubun sabiq hücumçusu Tommi Consonu (166 qol) geridə qoyub.

“Mançester Siti”nin ən yaxşı bombardirləri siyahısında ikinci yerdə 177 qolla Erik Bruk qərarlaşıb. Reytinqə isə 260 qolla Serxio Aquero başçılıq edir.

Qeyd edək ki, Erlinq Holand 2022-ci ildən “Mançester Siti”nin formasını geyinir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir.

İdman.Biz