Messidən sonra Argentina millisinin yeni kapitanı müəyyənləşdi

9 Sentyabr 2026 19:17
78
Messidən sonra Argentina millisinin yeni kapitanı müəyyənləşdi

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığmadan ayrılmasından sonra komandanın yeni kapitanını müəyyənləşdirib.

İdman.Biz “TyC Sports”a istinadən xəbər verir ki, kapitan sarğısı müdafiəçi Kristian Romeroya həvalə olunacaq.

Messinin komandadan ayrılması və ikinci kapitan Nikolas Otamendinin də yığmanı tərk etməsindən sonra Romeronun həm soyunub-geyinmə otağında, həm də meydanda liderlik etməsi gözlənilir.

Qeyd edək ki, yeni kapitanın müəyyənləşdirilməsi prosesi 2026-cı il dünya çempionatından əvvəl başlayıb. Həmin vaxt Romero üçüncü kapitan təyin edilmişdi. Messinin və Otamendinin gedişindən sonra kapitan sarğısı ona keçəcək.

İdman.Biz