“Liverpul” və “Atletiko”nun 2027/28 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsində yenidən qarşılaşacağı təqdirdə, Mersisayd təmsilçisi ev oyununu keçirə bilməyəcək.
İdman.Biz xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Buna səbəb UEFA-nın komandaların ümumi mərhələdə ardıcıl üç mövsüm eyni meydanda qarşılaşmasına imkan verməyən qaydasıdır.
Qeyd edək ki, “Liverpul” bu gün Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Enfild”də “Atletiko”nu qəbul edəcək.
Komandalar ötən mövsüm də bu stadionda qarşılaşıb və həmin görüşdə Mersisayd təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, komandalar gələn mövsüm turnirin ümumi mərhələsində yenidən qarşılaşsalar, oyun Madriddə keçirilməlidir.
