“Di Si Yunayted” Ueyn Runi ilə yollarını ayırıb

Xəbərlər
8 Oktyabr 2023 12:24
158
“Di Si Yunayted” Ueyn Runi ilə yollarını ayırıb

ABŞ-ın “Di Si Yunayted” klubu baş məşqçisi Ueyn Runi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, Vaşinqton təmsilçisi 37 yaşlı ingilis mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Klubun sahibi Ceyson Levien bildirib ki, Runi ilə danışıqlardan sonra indi ayrılmağın faydalı olacağı barədə qənaətə gəliblər: “Əvvəlcə “Di Si Yunayted”in oyunçusu və kapitanı, sonra isə məşqçimiz kimi uğurlarımız üçün çalışdı. O, komandanın vacib bir hissəsi və dəyərli, əziz dostu olaraq qalacaq".

Qeyd edək ki, Ueyn Runi 2022-ci ilin iyulunda “Di Si Yunayted” baş məşqçi postuna keçmişdi.

İdman.biz