Ayxan Abbasov: "Rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm"

Xəbərlər
29 Sentyabr 2024 18:44
801
Ayxan Abbasov: "Rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm"

"Maraqlı və gərgin oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"la (2:2) oyunu şərh edib. Abbasov son dəqiqələrdə buraxılan qolun futbolçulara pis təsir etdiyini bildirib: "İlk 15 dəqiqədə fərdi səhvdən qol buraxandan sonra komandada həyəcan oldu. Daha sonra üstünlük bizə keçdi. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son dəqiqələrdə qol buraxmaq futbolçulara pis təsir edir. Amma 1 xal da xaldır. Növbəti oyuna hazırlaşacağıq. Sanki oyunun sonuna az qalmışdı. Buna görə də oyunumuz alınmırdı. Biz təzə komandayıq. Bu halları yaşayacağıq. Fasilədə danışdıqlarımız işə yaradı. Mənim üçün rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm".

Qeyd edək ki, "Şamaxı" 5 turdur uduzmur.

İdman.biz