Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Günəş istefa verib.
İdman.biz xəbər verir ki, bu barədə məlumatı yerli “hurriyet.com.tr” yayıb.
Bildirilib ki, təcrübəli mütəxəssis Konfrans Liqasında “Luqano”ya (İsveçrə) İstanbuldakı matçda 2:3 hesabı məğlub olduğu üçün bu addımı atıb. Komandanın Türkiyə Superliqasında da inamsız çıxışı 71 yaşlı Günəş postundan ayrılmaq istəyini zəruri edib.
Lakin hələlik rəsmi qərar açıqlanmayıb.
Qeyd edək ki, Günəş 2022-ci ilin oktyabrından “Beşiktaş”a baş məşqçi kimi qayıtmışdı.
İdman.biz