Azərbaycanlı futbolçular Həsən Nəzərli və Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisinin adına aydılnlıq gəlib.
İdman.biz xəbər verir ki, Ankara təmsilçisinə Kenan Koçak rəhbərlik edəcək.
Gənc mütəxəssislə 1+1 yillik müqavilə imzalanıb. O, mövsümə uğursuz startdan sonra istefaya göndərilən Cihat Arslanı əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü" 5 turdan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb. Komanda növbəti oyunda "Karagümrük"lə üz-üzə gələcək.
İdman.biz