“Karvan-Yevlax” futbolçu Ruslan Voronsovla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ruslan Voronsov 2025/2026 mövsümündə Azərbaycan Birinci Liqasında 27 oyunda səkkiz qol vurub. Hücumçu mövsüm ərzində “Şahdağ Qusar” və “Səbail” klublarının formasını geyinib.
