Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə AFFA və PFF arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin, birgə təlim-məşq toplanışlarının təşkili, hakim kadrlarının hazırlanması imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.
